Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işdən çıxarıldı

Ermənistan prezidenti Armen Sarkisyanın fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyan tutduğu vəzifədən azad edilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Argişti Karamyanın əvəzinə Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə Mikayel Hambardzumyanı təyin edilib.
Məlumat üçün bildirək ki, Argişti Karamyan bu vəzifəyə 4 ay əvvəl təyin olunmuşdu. Rəsmi tərcümeyi-halında qeyd olunur ki, Argişti Karamyan 22 may 1991-ci il tarixində Geğarkunik rayonunun Eranos kəndində anadan olub. Yerevan Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 

2015-ci ildə Ədliyyə Nazirliyinin Akademiyasında prokurorluğa namizədlər üçün peşə hazırlığı kursunu bitirib. 2013-cü ildən 2017-ci ilə qədər İrəvanın Kanaker-Zeytun rayonunun Polis İdarəsində İstintaq Şöbəsində işləyib. 2016-cı ildə Şirak rayon prokurorluğunda prokuror vəzifəsində çalışıb.

2016-cı ildən 2018-ci ilə qədər İrəvan şəhər prokurorluğunda prokuror vəzifəsində çalışıb.

2018-ci ildən Ermənistan Respublikası Dövlət Gəlirlər Komitəsinin istintaq şöbəsinin müdiri, daha sonra istintaq və əməliyyat istintaq şöbəsində şöbə müdirinin müavini vəzifələrində çalışıb. 1 mart 2019-cu ildən Dövlət Nəzarət Xidməti rəhbərinin müavini vəzifəsində işləyib. 2018-ci ildə vergi xidmətinin podpolkovnik xüsusi rütbəsinə layiq görülüb.

Məlumat üçün bildirək ki, Dövlət Nəzarət Xidmətinin rəsmi veb-səhifəsində yerləşdirilən tərcümeyi-halında Argişti Karamyanın atasının adı göstərilməyib. Bir qədər əvvəl jurnalistlər Argişti Karamyandan atasının kim olduğunu soruşublar. Lakin, Argişti Karamyan bu suala cavab verməyib və bildirib ki, ailəsilə bağlı sualları cavablandırmaq istəmir.

Lakin mətbuatda yayılan məlumatlara görə Argişti Karamyanın atası Erməni Apostol Kilsəsinin Kotayk yeparxiyasının başçısı, arxiyepiskop Arakel Karamyandır. Əsl adı Elbek olan arxiyepiskop isə bildirib ki, Argişti Karamyan onun oğlu deyil, uzaq qohumudur. Arxiyepiskop deyib ki, bir ruhani lider kimi onun övladının olması mümkün deyil.
 

DİGƏR XƏBƏRLƏR

Top