Dünyaca məşhur müğənni Kardi Bi Ermənistana göstərdiyi dəstəyə görə üzr istədi – AUDİO


ABŞ-ın dünyaca məşhur müğənnisi Kardi Bi “İnstagram” vasitəsilə Ermənistana maddi dəstək kampaniyasına çağırış etdiyi üçün azərbaycanlılardan üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Twitter”də səs yazısı yayıb və bunu araşdırmadan etdiyini bildirib. Kardi Bi səs yazısında etiraf edib ki, o, bu addımı əmlaklarından birinin satılması üçün məsləhətləşdiyi bir şəxsin təkidi ilə atıb: “Daha sonra yuxudan ayıldım və Azərbaycandan mənə gələn mesajlara baxarkən səhv iş gördüyümü anladım. Mən hətta iki ölkə arasında müharibə olmasından da xəbərsiz idim. İncitdiyim hər kəsdən üzr istəyirəm”.
Qeyd edək ki, Kardi Bi daha sonra “instagram”da paylaşdığı kampaniya ilə bağlı postu silib.
Onun üzrxahlıqla bağlı yaydığı səs yazısını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top