Floydun ölümünə səbəb olan polis azad edildi


Corc Floydun ölümünə səbəb olan polis Derek Çoven azadlığa çıxıb.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, o, 1 milyon dollar girov ödəmək müqabilində sərbəst buraxılıb.
Qeyd edək ki, ikinci dərəcəli qətldə ittiham olunan 44 yaşlı Çoven, “Oak Park Heights”dəki ağır rejimli həbsxanada saxlanılırdı. Ştat məhkəməsi tərəfindən Çovenin təhlükəsizliyinin qorunması üçün “Allegheny Casualty” tərəfindən zəmanət verilib.

DİGƏR XƏBƏRLƏR

Top