Türkiyə yığması Millətlər Liqası çərçivəsində keçirəcəyi növbəti oyunlar öncəsi yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
“Ay-ulduzlular” Almaniya millisinin qonağı olub.
Köln şəhərində baş tutan qarşılaşma bol qollu alınıb. Bundestim üç dəfə önə keçsə də, Ozan Tufan (50-ci dəqiqə), Efecan Karaca (67) və Kənan Karaman (90+4) hər üç halda hesabı bərabərləşdirib. Nəticədə oyun 3:3 hesabı ilə yekunlaşıb.
Bununla türkiyəlilər 2005-ci ildən bəri ilk dəfə güclü rəqibinə məğlub olmayıb və 15 illik həsrətə son qoyub. Bu müddət ərzində komandalar 3 dəfə üz-üzə gəlmiş, hamısında almanlar qələbə qazanmışdı. Maraqlıdır ki, həmin qarşılaşmalarda olduğu kimi, Bundestim yenə 3 qol vurub.
Qeyd edək ki, B liqasının 3-cü qrupunda yer alan Türkiyə yığması oktyabrın 11-də Rusiyanın qonağı olacaq, üç gün sonra isə Serbiyanı qəbul edəcək. Qardaş ölkə komandası ilk iki turda aktivinə 1 xal yazdırıb.
ApaSport