Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə müxalif “Ata Meken” partiyasının deputatı Kanıbek İmanəliyev açıqlama verib.
“Deputatların bir qrupu impiçmenti imzaladılar. Mürəkkəb bir prosedurdur, amma prosedur başladılıb”, - K. İmanəliyev deyib.
Qeyd edək ki, Qırğızıstanda Prezidentin vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutan qanun layihəsini parlament üzvlərinin üçdə biri imzalamalıdır. Qərar 3 ay ərzində qəbul edilməzsə, irəli sürülən impiçment rədd ediləcək.