“Naaborot qızışıyoruz” sözlər ilə gündəmə gələn şəxs kimdir? – Maraqlı DOSYE + FOTOLAR


Bir neçə gün əvvəl Türkiyənin TRT kanalına verdiyi müsahibədə işlətdiyi “Gəncə əhalisi qan görəndə qorxmuyor, qan görəndə naaborot qızışıyoruz” sözlərinə görə sosial şəbəkələrdə geniş müzakirtə olunan Gəncə şəhər sakininin keçmiş Qarabağ döyüşçüsü olduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilir ki, TRT kanalına verdiyi müsahibədə işlətdiyi “Naaborot qızışıyoruz” ifadəsilə gündəmə gələn  şəxsin adı Taryeldir.
“Taryel bəy 1991-ci ildə Gəncə şəhəri komsomol katibi çalıştığı vaxt və eyni zamanda BDU-da hüquq tələbəsi olduğu halda ailəsində xəbərsiz olaraq Azadlıq uğrunda mübarizəmizə dəstək olmaq üçün cəbhəyə getmiş və daha sonra Gəncə batalyonunun komandiri olmuşdur. Daha sonra bir neçə güllə yarası və erməni snayperi tərəfindən yaralanıb. Hətta bir güllə bu gündə qardaşımız Taryel bəyin bədənindədir , əməliyyat riskli olduğu üçün güllə çıxarılmayıb. 30 ilə yaxındır ki, o bədənində güllə ilə yaşayır hətta bu gündə bundan ciddi əziyyət çəkir. Taryel bəy bu gün də cəbhəyə getmək və şanlı bayrağımızı Şuşada dalğalandırmaq arzusundadır...”
Onun haqqında yazılan məlumatı və paylaşılan fotoları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top