ASAN könüllüləri Hikmət Musayevə bayraq hədiyyə etdi


ASAN könüllüləri Hikmət Musayevə Azərbaycan Bayrağını təqdim ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ASAN” Xidmətin yaydığı məlumatda qeyd olunub.
Belə ki, ASAN könüllüləri Şəkinin Baş Küngüt kənd sakini Hikmət Musayevə müqəddəs Azərbaycan bayrağını təqdim edib.
H.Musayev isə bayrağı öpərək təhvil alıb.
O, qəhrəman Vətən övladlarının qələbəsinə və qısa müddətdə ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əminliyini ifadə edib.

 

DİGƏR XƏBƏRLƏR

Top