Bakının bu rayonunda su təchizatında məhdudiyyətlər olacaq


Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən Yeniavaz.com-a verilən məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 7 oktyabr 2020-ci il tarixində gün ərzində Xətai rayonunun Lütfi Zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

DİGƏR XƏBƏRLƏR

Top