Azərbaycan İnternet Forumunun prezidenti, tanınmış ekspert Osman Gündüz özünün “facebook” səhifəsində müharibə şəraitində arxa cəbhədə dövlət qurumlarının göstərdiyi fəaliyyət barədə yazıb.
Yeniavaz.com xəbər verir ki, o, dövlət qurumlarının çevik və effektiv fəaliyyətinin diqqəti cəlb etdiyini bildirib:
“1. Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan ərazisindən mülki sektorumuza, dinc əhaliyə raket zərbələri endirən anda Baş Prokurorluq əməkdaşları dərhal hadisə yerində olur və zəruri əməliyyat tədbirləri görürlər. Baş Prokurorluq dərhal Sosial mediada bununla bağlı infoqrafikalar, statistikalar açıqlayır.
2. “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri
bu gün saat 12.20-də Bakının Yasamal rayonun ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranması və 12.23-də enerji bərpa edilməsi ilə bağlı məlumat yayıb.Və üstəlik üzrxahlıq da ediblər.
3. DİN hərbi vəziyyət rejimində komendant saatının tələblərini heç bir qıcıq yaratmadan, peşəkarlıqla və səliqəli olaraq yerinə yetirir
4. ASAN-nın komendant saatı ilə bağlı icaze.gov.az portalı , dövlət qurumlarının vacib elektron xidmətləri normal fəaliyyət göstərir
5. İnformasiya təhlükəsizliyinə cavabdeh dövlət qurumlarının da (DTX , NRYTN ETX, CERT) aktivliyi təqdirə layiqdir”.