Putin: "Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır" - VİDEO


"Rusiya ərazisində 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Vətəndaşlarımızın əksəriyyətinin hər 2 respublika ilə dost və hətta qohumluq əlaqələri var. İnsanlar ölür, hər iki tərəfdən böyük itkilər var. Əlbəttə ki, bu faciədir”. 

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə verdiyi eksklüziv müsahibəsində deyib. 
Putin vurğulayıb ki, Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri olsa da döyüşlər Azərbaycan ərazisində gedir:  
"Biz ümid edirik ki, bu münaqişə yaxın zamanda həll ediləcək. Görünən odur ki, buna hələ çox var, amma biz tərəfləri atəşi dayandırmağa çağırırıq. Ən qısa zamanda bunu etmək lazımdır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.  Bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Amma döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır. Rusiyanın öhdəliklərinə gəlincə, biz həmişə bu öhdəlikləri yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Ermənistanın Baş naziri Nikol Paşinyanla daimi ünsiyyətdəyəm. Ermənistanda Rusiyanın öhdəliklərinin icrası ilə əlaqədar heç bir sual yeri yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top