180 manatını orduya bağışlayan Hikmət baba: "Cəbhəyə getməyə hazıram" – FOTOLAR/VİDEO​


Ötən gün sosial şəbəkələrin əsas mövzusu öz təqaüdündən ordumuza dəstək üçün 180 manat bağışlayan Şəki sakini idi. Belə ki, ASAN Xidmət əməkdaşının çəkdiyi fotodan onun ayaqqabılarının köhnə olması hər kəsi duyğulandırmışdı.
Yeniavaz.com
xəbər verir ki, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkinin Baş Küngüt kəndinə gedərək Hikmət babanı ziyarət ediblər. Bu haqda nazirliyin mətbuat katibi Fazil Talıbov özünün “facebook” səhifəsində məlumat yayıb. O bildirib ki, nazirliyin əməkdaşları səlahiyyətləri çərçivəsində həmin şəxsə dəstək olacaq:
“Bura Şəkinin Baş Küngüt kəndidir. Ötən gün ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət babanın kəndi. ƏƏSMN əməkdaşları olaraq səhər tezdən həm təşəkkürümüzü bildirmək, həm səlahiyyətlərimiz çərçivəsində biz də ona olan bu mənəvi borcu ödəmək üçün kəndə gəldik. Hikmət baba deyir ki, əsgərlərə canım qurban! O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Deyir, özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram. O deyir. Qürur hissi, fəxr hissi sözümüzü boğazımızda kəsir. Sizinlə fəxr edirik, Hikmət dayı! Tanrı Azərbaycanı qorusun! Sizin kimi insanların vətənini!”.



DİGƏR XƏBƏRLƏR

Top