"Facebook" Trampın bu paylaşımını sildi, "Twitter" açıqlama yaydı


ABŞ prezidenti Donald Trampın sosial şəbəkə paylaşımı müzakirəyə səbəb olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, “Facebook” Trampın koronavirusla bağlı paylaşımını silib. Həmin paylaşımda bu cümlələr yer alıb:
“Hər il 100 minə yaxın insan peyvənd olmasına baxmayaraq qripdən ölür. Buna görə ölkəmizi karantinə alırıq? Xeyr, onunla yaşamağı öyrənmişik. İndi də koronavirusla yaşamağı öyrənəcəyik. Bəzi şəxslər üçün qrip  COVİD-19-dan daha ölümcüldür”
"Twitter" isə "Facebook"un sildiyi həmin cümlələr barədə əlavə açıqlama yayıb. Açıqlamada, “Bu tvit COVİD-19 barəsində yanlış və zərərli məlumat daşıdığı üçün qaydalarımızı pozub. Tvitin bu şəkildə qalmasının ictimaiyyətin xeyrinə olduğunu düşündüyümüz üçün silinməməsi barədə qərar vermişik".

DİGƏR XƏBƏRLƏR

Top