Meğri şəhərinin meri 50 yaşlı Mxitar Zakaryan yaralanaraq xəstəxanaya çatdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Zakaryanın təcili xəstəxanaya çatdırıldığı və vəziyyətinin stabil olduğu bildirilib.
Qeyd edək ki, Azərbaycanın torpaqları işğaldan azad etmək üçün keçirdiyi əks həmlə döyüşlərində Ermənistan ağır itkilər verməkdə davam edir. Həmin ölkədə 60 yaşdan yuxarı mülki əhali, və ehtiyata buraxılan bütün əsgərlər səfərbərliyə cəlb edilib. Almaniyalı jurnalistin verdiyi sonuncu məlumata görə, Ermənistanın itkisi 4 mindən yuxarıdır.