Bu nazirliyin 52 əməkdaşı cəbhəyə yollandı - FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata başlayıblar. Azərbaycan Ordusu bu təxribata qarşı əks-hücum əməliyyatları həyata keçirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev mətbuata açıqlamasında bildirmişdi ki, qismən səfərbərliklə bağlı planda nəzərdə tutulandan daha çox - on minlərlə vətəndaş Xidmətin Aparatına və yerli struktur bölmələrinə müraciət edərək, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanların içində qurumun da işçilərinin olduğunu bildirib:

“Qurumun tərkibində olan idman kompleksləri və idarələrdən 52 nəfərlik heyət hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib”.

DİGƏR XƏBƏRLƏR

Top