Rəşid Mahmudov Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürməsindən danışdı


Xəbər verdiyimiz kimi tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov ordumuza 50 min manat ianə edib.

R.Mahmudov pulu xaricdə yaşayan soydaşlarımızın göndərdiyini bildirib:

“Bu pulu xaricdə yaşayan soydaşlarımız göndərib. Karantin dövrü elan olunanda mən Rusiyada yaşayan dostlarımdan birinə Gədəbəydə kasıb ailələrə maddi yardım etmək üçün müraciət etdim. Bir saatın içində 48 nəfər soydaşımız yardım etməyə hazır olduqlarını bildirdi və mənim təmiz, saf adam olduğuma inandıqları üçün pulu mənə göndərdilər. Onda 253 ailəyə köməklik etdik.

İndi də bildiyiniz kimi müharibə gedir, ordumuzun bu pula heç ehtiyacı da yoxdur, çünki hərbi büdcəmiz düşmən büdcəsindən qat-qat çoxdur. Amma ordumuza dəstək olmaq üçün xaricdə yaşayan soydaşlarımıza müraciət edəndə onlar hamısı bir nəfər kimi bu təşəbbüsə qoşulmaq istədiklərini bildirdilər. Ümumilikdə 50 min manat pul yığıldı və onu da mən silahlı qüvvələrin fonduna köçürdüm. Bu bir tarixdir. Bu bir nümunədir və imkanı olan hər bir kəs bizim təşəbbüsümüzə qoşulmalıdır.

Yazırlar ki, bəlkə Rəşid müəllim evini satıb. O adamlara demək istəyirəm ki, lazım olsa, bu torpaq üçün biz evimizi satıb üçotaqlıda yox, birotaqlı evdə də yaşaya bilərik. Vacib olan odur ki, biz müharibədə qalib gəlməliyik. Bu xalq hər bir varını, pulunu, dövlətini hərbiyə yönəltməlidir. Mən maaşa işləyən adamam, amma biz iş yoldaşlarımızla birlikdə maaşımın əlli faizini və xaricdə yaşayan soydaşlarımızın göndərdiyi vəsaitlə Gədəbəydə beş şəhid ailəmizə və döyüşdə ayağını itirən oğlumuza köməklik edəcəyik”.  /Moderator.az

DİGƏR XƏBƏRLƏR

Top