Özünə ayaqqabı almayıb bütün pulunu Azərbaycan əsgərlərinə ianə edən BABA - FOTO


Şəkidə bu gün yaşanan bir hadisə eşidənləri həm qürurlandırıb, həm də kövrəldib. Belə ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bir yaşlı insan özü ehtiyac duyduğu halda bütün pulunu Azərbaycan əsgərlərinə ianə edib.
Yeniavaz.com ASAN Xidmətin əməkdaşı Orxan Cəfərovun paylaşımını sizə təqdim edir.

"Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm. Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxırdım ki, qayıtdı ki, azdı? Dedim ay baba sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdi bu...
Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı.. Hər iki ayaqqabısı ortadan bölünmüşdü..Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi...
Sonda "Əsgərə məktub" da yazıb elə getdi. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi..."
Qeyd edək ki, artıq bir qrup sosial şəbəkə istifadəçisi həmin ağsaqqalı evində ziyarət etməyə hazırlaşır.

DİGƏR XƏBƏRLƏR

Top