Hikmət Hacıyev: “Ermənistan Goranboyu qadağan olunmuş silahdan atəşə tutub” - FOTO

“Ermənistanın Goranboy ərazisində yerləşən kəndlərə kaset bombaları atması ilə bağlı iki hadisə qeydə alınıb".

Yeniavaz.com xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Goranboyda mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı “Twitter” hesabında məlumat yayıb.

H.Hacıyev Ermənistanın fəal şəkildə Azərbaycanın yaşayış ərazilərini atəşə tutduğunu vurğulayıb: "Faktlar yerindəcə qeyd edilib. Hazırda hadisə yerində ANAMA əməkdaşları işləyir”.

Qeyd edək ki, kaset bombaları dünyada qadağan olunmuş silahlar siyahısındadır.

DİGƏR XƏBƏRLƏR

Top