Ermənilər Tərtəri atəşə tutdu - 3 mülki şəxs yaralandı


Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.

Yeniavaz.com bu barədə "Report"a istinadən xəbər verir.

Axşam saatlarında ermənilər Tərtər rayonunun Azad Qaraqoyunlu kəndini növbəti dəfə top mərmiləri atıb. Nəticədə evlərə ziyan dəyib, 3 mülki vətəndaş yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Hazırda döyüşlər davam edir.

DİGƏR XƏBƏRLƏR

Top