"Azərbaycan bir neçə həftəyə hərbi hədəfinə çatacaq"


"Paşinyan, Vladimir Putinin ən pis kabusudur".
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza DHA-ya müsahibəsi vaxtı deyib. Keçmiş səfir həmçinin Azərbaycanın Türkiyədən aldığı İHA və SİHA-larla Ermənistanı çaşqın vəziyyətə saldığını da vurğulayıb: “Azərbaycan bir neçə həftəyə hərbi hədəfinə çatacaq.
Brayza Ermənistanın Rusiyadan dəstək gözləməsinə baxmayaraq, ikinci tərəfin münaqişədə bitərəf qalmasını xüsusi qeyd edərək, bildirib:
"Paşinyan, Vladimir Putinin ən pis kabusudur. O, Ermənistanda məşhurdur. Paşinyan yeni siyasi sistem qurub. Xalqın etiraz aksiyaları ilə köhnə rejimi devirib. Putinin də hər şeydən çox qorxduğu budur".

DİGƏR XƏBƏRLƏR

Top