Rusiya səfiri Robert Koçaryan ilə görüşdü


Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Robert Koçaryanın sosial şəbəkə hesabında paylaşılıb. Məlumatda bildirilir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Bildirilib ki, görüşdə Dağlıq Qarabağda baş verənlər ətrafında müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, 5 gün əvvəl Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ilə görüşüb. Bu görüş də Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top