Xameneinin köməkçisi: "Ermənistan Azərbaycan torpaqlarını dərhal boşaltmalıdır"


"Biz Fələstin torpaqlarının işğalına qarşı olduğumuz kimi, Ermənistanın da Azərbaycan ərazilərini işğal etməsinə qarşıyıq".
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, bu fikri İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti səsləndirib. O, İranın “Keyhan” qəzetinə müsahibə verərkən Azərbaycan və Ermənistan arasında son günlər yaşanan kritik vəziyyətə toxunub.
Sözçü Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini və dərhal boşaldılmalı olduğunu vurğulayıb: "Fələstin ərazilərinin işğalına qarşı olduğumuz kimi, Azərbaycan ərazilərinin də Ermənistan tərəfindən işğal edilməsinə qarşıyıq".

DİGƏR XƏBƏRLƏR

Top