Türkiyə mətbuatı Qarabağda erməni işğalçılarına qarşı vuruşan azərbaycanlı gizir barədə xəbər verilib.
Yeniavaz.com xəbər verir ki, ötən gün Müdafiə Nazirliyinin paylaşdığı 11 erməni tankını məhv edən gizir Tahir Misirxanov barədə Türkiyə mətbuatında xəbər yayımlanıb. Xəbərdə gizirin erməni ordusunun çox sayda zirehli texnikasını məhv etdiyi qeyd edilib. Yazıda həmçinin, Qarabağda Azərbaycan Ordusunun qətiyyətlə irəlilədiyi, “dəhşət” ləqəbli polkovnik-leytenantı Artur Qlatsyanın öldürüldüyü və ermənilərin silah-sursatı qoyub qaçdığı bildirilib.