Banklara hansı valyutada əmanət qoymaq daha qazanclıdır? - Faiz dərəcələri


Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 milyard 874,4 milyon manata təşkil edib.
Yeniavaz.com
-un Mərkəzi Bankdan açıqlanan statistik göstəricilərə istinadən apardığı hesablamaya görə, son bir il ərzində əmanətlərin həcmi 8% və ya 687,4 milyon manat azalıb. Azalma daha çox xarici valyutada qeydə alınıb. Manatla yerləşdirilən əmanətlər son bir il ərzində 186,5 milyon manat azalaraq 3 milyard 579,1 milyon manata, xarici valyutada yerləşdirilən əmanətlər isə son bir il ərzində 501 milyon manat azalaraq 4 milyard 295,3 milyon manata düşüb.
Məlumat üçün bildirək ki, xarici valyutada yerləşdirilən əmanətlərin milli valyutada yerləşdirilən əmanətlərdən daha çox azalmasında faiz dərəcələri həlledici olub. Belə ki, son bir il ərzində milli valyutada yerləşdirilən deposit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,59%-dən 8,65%-ə, xarici valyutada yerləşdirilən deposit və əmanətlər üzrə orta faiz dərəcəsi isə 2,04%-dən 1,61%-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top