Rusiyanın baş naziri bu tarixdə Ermənistana gələcək - Erməni nazir


Rusiyanın baş naziri Mixail Mişustin hələ Ermənistana gəlməyib. 
Yeniavaz.com
xəbər verir ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan bunu bu gün keçirdiyi brifinqdə bəyan edib.
Onun sözlərinə görə, 8-9 oktyabr tarixlərində İrəvanda çoxdan planlaşdırılan Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.
Torosyanın qeyd etdiyi kimi, Rusiya Nazirlər Kabinetinin başçısı İrəvana oktyabrın 8-i axşam gələcək və tədbirin rəsmi hissəsi oktyabrın 9-u səhər başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top