Marsın yerə ən yaxın görüntüsü bu gün olacaq


ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) oktyabr ayı ərzində Marsın dünyaya yaxınlaşacağını bildirib.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, NASA 15 ildən bir baş verən yaxınlaşmanın gecə yerdən seyr edilə bilinəcəyini bildirib. Məlumatda planetin hər axşam şərqdən doğaraq gün çıxmamış qərbdə batacağı bildirilir.
Marsın ən yaxın görüntüsünü isə bu gün seyr etmək olacaq.
Qeyd edək ki, sonuncu dəfə belə hadisə 2003-cü ildə baş verib. Marsın yer kürəsinə növbəti yaxınlaşması 2035-ci ildə meydana gələcək.

DİGƏR XƏBƏRLƏR

Top