Bişkek meri istefa verdi


Bişkekin meri Əziz Surakmatov istefa verib.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Bişkek meri Əziz Surakmatov öz istəyi ilə istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Qırğızıstanda dünən keçirilən Parlament seçkilərindən sonra ölkədə hökumət əleyhinə etiraz aksiyaları başlayıb. Etirazçılar hökumət binasını ələ keçirib. Ölkə prezidenti Sooronbay Jeenbekov Qırğızıstanda keçirilən seçkilərlə bağlı tədbir görülməsi barədə göstəriş verib və lazım gələrsə ləğv edilməsini bildirib.
Bir neçə ay qabağa həbs edilən sabiq prezident Almazbek Atambayev isə azadlığa buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top