DİN: Cəbhəyanı bölgələrdə polis əməkdaşlarının xidməti davam etdirilir - VİDEO


Artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı bölgələrdə də postlar qurulub.
Bildirilib ki, cəbhəyanı bölgələrdə polis əməkdaşları günün 24 saatı ictimai-asayişi təmin etmək üçün xidmətlərini yorulmadan davam etdirirlər.

DİGƏR XƏBƏRLƏR

Top