Mövlud Çavuşoğlu Azərbaycana gəlib - YENİLƏNİB


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda M. Çavuşoğlunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.

***10:11

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Mövlud Çavuşoğlu oktyabrın 6-da Azərbaycana işgüzar səfər edəcək. Verilən məlumatlarda Türkiyənin Xarici İşlər nazirini prezident İlham Əliyevin qəbul ediləcəyi, Dağlıq Qarabağdakı vəziyyətin müzakirə ediləcəyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top