Qırğızıstanda etirazlar alovlandı - hökumət binası ələ keçirildi


“Qırğızıstanda etirazçılar hökumət binasını ələ keçiriblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ria.ru”ya Qırğızıstan rəsmiləri məlumat veriblər. Onlar binaya daxil olma bilmədiklərini, içəridə naməlum şəxslərin olduğunu bildiriblər. Verilən məlumatlara görə, binada heç bir talan və ya dağıntı izlərinə rast gəlinməyib.
Qeyd edək ki, dünən Qırğızıstanda parlament seçkiləri keçirilib. Məğlub olduqları açıqlanan bir çox partiya tərəfdarları hökumət əleyhinə aksiya keçirmək üçün küçələrə axışıb.

DİGƏR XƏBƏRLƏR

Top