Hərbi əməliyyatlarda zərər çəkmiş hər kəs ödənişsiz hüquqi yardım alacaq


Hərbi əməliyyatlar zamanı zərər çəkmiş bütün şəxslərə və hərbi qulluqçulara ödənişsiz hüquqi yardım göstəriləcək.
Yeniavaz.com
xəbər verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında son bir həftə ərzində cəbhə bölgəsində davam edən əməliyyatlar, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt olduğu məntəqələrin intensiv atəşə tutulması müzakirə olunub.
İclasda erməni təxribatı, dinc əhaliyə qarşı törədilən terror əməlləri və aparılan hərbi əməliyyatlar zamanı zərər çəkmiş bütün şəxslərə və hərbi qulluqçulara ödənişsiz hüquqi yardım göstərilməsi və bu barədə vəkil qurumlarına məlumat verilməsi qərara alınıb.

DİGƏR XƏBƏRLƏR

Top