Azərbaycan Ordusu düşmənin Mingəçevirə atdığı raketləri göydə vurub - RƏSMİ

“Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq yeni çox təhlükəli addımlar atıb”.

Yeniavaz.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə artileriya hücumuna məruz qalıb: “Bir sıra ictimai obyektlər dağıdılıb. Bu, çox təhlükəli addımdır. Bu gün də düşmən tərəfdindən yenə də bu addımlar atılır. Bizim məlumata görə, 3 nəfər xəsarət alıb. Mingəçevir Su Statsiyası da raket hücumuna məruz qalıb. Ordumuz tərəfindən həmin raketlər göydə vurulub”.

DİGƏR XƏBƏRLƏR

Top