İran Xarici İşlər Nazirliyinin sözçüsü: “Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir”


“Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir”.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Xətibzadə, bu fikri nazirliyin binasında təşkil olunmuş mətbuat konfransı vaxtı səsləndirib. O bildirib ki, İranla Ermənistan arasındakı əlaqələr, ancaq mehriban qonşuluq münasibətləri üzərində qurulub və Ermənistana İrandan yalnız humanitar yüklər daşınır. Sözçü, İrandan Ermənistana hərbi nəqliyyat vasitələrinin keçməsinə heç bir şəkildə izin verilmədiyini bildirib.
Nazirlik rəsmisi, Ermənistanı Dağlıq Qarabağdakı işğala son qoymağa çağırıb. O, onillərdir davam edən bu problemin qalıcı həllini və bu yolda Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsini istəyib: “Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməli və hərbi qüvvələr işğal olunmuş şəhərlərdən geri çəkilməlidir. Danışıqlar ən qısa müddətdə başlamalı və qarşıdurmalar dayanmalıdır".
Xətibzadə həmçinin vurğulayıb ki, İran da öz torpağına qarşı edilən təzyiqlərə dözməz.

DİGƏR XƏBƏRLƏR

Top