Lukaşenko: "Belarus son 6 ayda Ermənistana silah verməyib"


Ermənistan prezidenti Armen Sarkisyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, görüş Ermənistan prezidentinin təşəbbüsü ilə baş tutub. Görüşdə Lukaşenko sosial şəbəkələrdə Belarusun Ermənistana silah verməsilə bağlı yayılan məlumatlara cavab verib. O bildirib ki, Belarus son 6 ayda nə Ermənistana nə də Azərbaycana silah verməyib.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan ordumuzun əkshəmlə hücumu davam edir. 8 gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu işğal altında olan bir çox kəndi və Cəbrayılı azad edib.

DİGƏR XƏBƏRLƏR

Top