Belarus Olimpiadanı keçirmək hüququnu itirib


2022-ci ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilməsi qərara alınıb.

FİDE yarışa yeni ev sahibi üçün sifarişlərin qəbuluna da başlayıb.

FİDE-nin Baş Assambleyası 2018-ci ildə bu hüququ Belarusa versə də, qurumun Şurası bu qərarı ləğv edib. Buna səbəb qarşı tərəfin maliyyə öhdəliklərinə əməl etməməyidir. Belarus İdman Nazirliyi avans ödəmələr və sığortalara zəmanət verə bilməyib. FİDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, təşkilatçıların maliyyə problemləri siyasi məsələlərlə bağlı deyil.

Olimpiadanı keçirəcək ölkə həm də FİDE Konqresinə ev sahibi olacaq. Bundan başqa, qurum 2021-ci ilin aprelinə təxirə salınan qadınların dünya kuboku və gələn ilin sentyabrına planlaşdırılan Dünya Kubokuna da ev sahibliyi ilə bağlı sifariş qəbul edir.//Apasport

DİGƏR XƏBƏRLƏR

Top