Raketlərdən biri Mingəçevir İES-in qarşısına düşüb - FOTO


Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.

 

Yeniavaz.com-un Baş Prokurorluğa istinadən məlumatına görə, atılmış 3 raketdən 2-si partlamayıb.

Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

DİGƏR XƏBƏRLƏR

Top