“Onları iti qovan kimi qovuruq” - İlham Əliyev

“Onları iti qovan kimi qovuruq. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarımızda indi Azərbaycan bayrağı qaldırılır. Onların səngərlərində Azərbaycan əsgəri dayanır. Onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük. Onların digər silahlı texnikası, yük maşınları bizim əlimizdədir".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev xalqa müraciəti zamanı deyib:

"Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki gec deyil. Bizə 7 şərt irəli sürür. Sən kimsən ki bizə şərt qoyursan?! İndi baxım görümnə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun”.

Prezident atəşkəsin bərpası üçün Azərbaycan tərəfinin şərtlərini də açıqlayıb: “Bəzi hallarda soruşurlar, bəs sizin şərtiniz nədir? Mənim şərtim birdir: çıxsın bizim torpaqlarımızdan. Çıxsın, dayansın qarşıdurma. Amma sözdə yox, əməldəDesin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Necə ki, baza prinsiplərində bu təsdiq edilib. Mən işğal edilmiş torpaqlardan qoşunlarımı çıxaracam. Necə ki baza prinsiplərində bu təsdiq edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm. Və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt: qrafik versin. İşğal edilmiş torpaqlardan Ermənistan Silahlı Qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indiki şiddətli döyüşlər getdiyi müddətdə bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda bunun üzərində işləmək olar”.  

DİGƏR XƏBƏRLƏR

Top