PA və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri Silahlı Qüvvələrə yardım etdi


Prezident Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildən yaradılıb. Fonda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

DİGƏR XƏBƏRLƏR

Top