"Düşünmək lazım deyil ki, yoluxma azalıb..." - TƏBİB rəsmisi


“Artıq bir müddətdir ki, ölkədə epidomoloji vəziyyət nəzarət altındadır. Gündəlik yoluxma 100-150 və bəzən daha az olur”.

Yeniavaz.com verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib

O bildirib ki, yoluxanların sayının aşağı düşməsi həm görülən tədbirlərin, həm də əhalinin qaydalara ciddi əməl etməsinin nəticəsidir:

“Yoluxamalar azaldıqca, vəziyyət sabitləşdikcə Operativ Qəragah yumşaltmalar edir və edəcək.

Biz də deyirik ki, yumşalmalar çoxaldıqca, sərbəstlik artdıqca qaydaları daha ciddiyə almaq lazımdır. Düşünmək lazım deyil ki, yoluxma azalıb və hər şey düzəlməyə doğru gedir. Virus bizim aramızdadır və ondan mümkün qədər qorunmağa hamımız çalışmalıyıq. Əgər qorunmasaq, ağır nəticələr ortaya çıxa bilər. Ön cəbhədəki qələbələr, arxa cəbhədə də qələbə qazanmağımıza kömək etməlidir. Bütün gücümüzlə sağlam olmaq üçün çalışmalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top