“Amazon” bu günə qədər koronavirusa yoluxan işçilərinin sayını açıqladı


ABŞ-ın internet satış saytı və texnologiya şirkəti olan Amazon, COVID-19 pandemiyasının başlamasından bu yana təxminən 20 min işçisinin testinin pozitiv çıxdığını açıqlayıb.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, şirkətin korporativ veb saytında, ilk dəfə koronavirusa yoluxan işçilərin sayı açıqlanıb. Belə ki, mart ayının əvvəlindən ümumilikdə Amazonun 19 min 816 işçisi COVID-19 virusuna yoluxub.
Xəbərdə qeyd edilir ki, pandemiya dövründə Amazon, anbar işçilərinin təhlükəsizliyi üçün şirkət kifayət qədər tədbir görməyib. Amazon bəzi əyalətlərdə aksiyada iştirak edən işçilərini işdən azad edib. Eyni vaxtda 100 mindən çox yeni işçi qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top