Cəbhəyə könüllü yollanan azərbaycanlı tanınmışlar – SİYAHI


Xəbər verdiyimiz kimi, 27 sentyabrdan etibarən ermənilər Azərbaycanın bütün cəbhəboyu ərazilərində atəşkəsi pozaraq, təxribata əl atıblar və mülki şəxsləri atəşə tutublar. Azərbaycan ordusu isə əks-həmlə əməliyyatına başlayıb. 28 sentyabrda Azərbaycan Respublikasının Prezidenti qismən səfərbərliklə bağlı sərəncam imzaladı.  Artıq 6 gündür ki, cəbhəboyu ərazilərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlər gedir və Azərbaycan gəncləri könüllü olaraq cəbhəyə yola düşürlər. Onların arasında məşhur idmançılar, sənətçilər və vəzifəli şəxslərin övladları da var.
Yeniavaz.com
sözügedən məşhurları təqdim edir:
Birinci Avropa Oyunlarının qalibi, taekvondoçumuz Ayxan Tağızadə də hərbi xidmətə çağırılıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, o, taekvando məşqçisi Əvəz Tağıyevin ailəsində dünyaya gəlib.
Bir digər idmançımız MMA döyüşçüsü Tofiq Musayevdir. 30 yaşlı idmançı cəbhə xəttinə yollanıb. Qeyd edək ki, qarışıq döyüşlər ustası olan Tofiq Musayev indiyədək keçirdiyi döyüşlərdə 18 dəfə qalib gəlib.
“Bakı" klubunun sabiq futbolçusu Valeh Seyidov da cəbhə xəttinə yollanıb. Qeyd edək ki, Valeh Seyidov “Bakı"nın sabiq vitse-prezidenti Yaşar Seyidovun yeganə oğludur.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da oğlunu cəbhəyə yola salıb. Polis rəisinin oğlu Pərvin Əsədov könüllü olaraq döyüşə yollanıb.
Cəbhəyə yollananlar sırasında tanınmış azərbaycanlı dicey Rövşən Həsənov da (DJ Roshka) var. Onun ordu sıralarına qoşulması ilə bağlı məlumatı dostları verib.

DİGƏR XƏBƏRLƏR

Top