MN-nin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində növbəti brifinq keçirilib - VİDEO


Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən oktyabrın 1-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar edən hadisələr haqqında brifinq verilib.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, əlavə olaraq, işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı, düşmən qüvvələrinə vurulmuş ziyan və digər məsələlər haqqında da qonaqlar məlumatlandırılıb.
Brifinqdə həmçinin mülki əhali və infrastruktura qarşı yönəlmiş təxribat fəaliyyətləri diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan tərəfi beynəlxalq humanitar qanunlara və prinsiplərə məhəl qoymayaraq, məqsədli şəkildə qoşunların qarşıdurma xəttindən xeyli uzaqda olan mülki yaşayış məntəqələrini hədəfə alaraq artilleriya atəşinə tutur.

Əlavə olaraq, sosial media vasitəsilə ermənilərin yaydıqları saxta xəbərlər və həqiqətləri əks etdirməyən məlumatlar barəsində də məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top