İrəvan Dövlət Universiteti Saakaşviliyə verdiyi elmi adı geri aldı


İrəvan Dövlət Universitetinin rəhbərliyi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə verdikləri elmi adı geri alıb.
Yeniavaz.com
“Ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Mədəniyyət və İdman naziri Arayik Arutyunyan məlumat verib. Arutyunyan gürcü siyasətçiyə verilən fəxri adın geri alınması üçün İrəvan Dövlət Universitetinin Elmi Şurasına müraciət edib. Müraciət yekdilliklə qəbul edilib.  Bu barədə nazir “Facebook” hesabında yazıb.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Dağlıq Qarabağı Azərbaycanın suveren ərazisi olaraq tanıdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top