Son 20 ildə Azərbaycan və Ermənistan əhalisinin sayı – İllər üzrə TAM SİYAHI


Bu ilin ilk yarısının yekunlarına görə, Azərbaycan əhalisinin sayı 10 milyon 89,9 min, Ermənistan əhalisinin sayı 2 milyon 961,3 min nəfər olub. 
Yeniavaz.com-un hər iki ölkənin rəsmi dövlət qurumlarının açıqladığı məlumata istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 6 ay ərzində Azərbaycanda əhalinin sayı 0,3% və ya 29,7 min nəfər artıb, Ermənistan əhalisinin sayı isə 0,04% və ya 1,2 min nəfər azalıb.
Onu da bildirək ki, son 20 il ərzində (2000-2020-ci illər) Azərbaycan əhalisinin sayı 24,3% və ya 1 milyon 975,6 min nəfər artdığı halda, Ermənistanda əhalinin sayı 8,1% və ya 259,8 min nəfər azalıb.
Son 20 ildə Azərbaycan və Ermənistan əhalisinin sayı:
İllər Azərbaycan əhalisinin sayı,
mln. nəfər
Ermənistan əhalisinin sayı,
mln. nəfər
2020
II rüb
10 089,9 2 961,3
2019 10 060,2 2 962,5
2018 9 981,5 2 969,0
2017 9 898,1 2 979,4
2016 9 810,0 2 992,3
2015 9 705,6 3 004,6
2014 9 593,0 3 013,8
2013 9 477,1 3 022,0
2012 9 356,5 3 024,1
2011 9 235,1 3 027,9
2010 9 111,1 3 044,8
2009 8 997,6 3 066,0
2008 8 922,4 3 087,1
2007 8 779,9 3 107,4
2006 8 666,1 3 127,1
2005 8 553,1 3 146,4
2004 8 447,4 3 164,9
2003 8 349,1 3 182,5
2002 8 269,2 3 199,8
2001 8 191,4 3 211,8
2000 8 114,3 3 221,1

DİGƏR XƏBƏRLƏR

Top