Ukraynada meşə yanğını – 4 ölü, 10 yaralı var


Ukraynanın Luqansk şəhərində meşə yanğını nəticəsində 4 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, Ukrayna Dövlət Təcili Xidmətinin verdiyi açıqlamaya görə, dünən Ukraynanın Luqansk şəhərində başlayan meşə yanğınları, güclü küləklərin təsiri ilə qısa müddətdə geniş bir əraziyə yayılıb.
Alovların Lugansk stansiyasına və Severedonetsk bölgələrində 22 yaşayış məntəqəsi üçün təhlükə yaratdığı deyilir. 120 nəfər ərazidən evakuasiya olunub.
Ukraynanın Baş Prokuroru İrina Venisetova, 9300 hektar ərazini əhatə edən və onlarla evə ziyan vuran yanğınla əlaqədar istintaq başladıldığını açıqlayıb. Yanğın söndürmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top