Müdafiə Nazirliyi: "Bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan ermənilər..."


Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.
Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir:
Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər", - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top