Nazirdən səfərbərliyə cəlb olunan müəllimlərlə bağlı AÇIQLAMA

Hərbi səfərbərliyə cəlb olunan müəllimlər əməkhaqqı saxlanılmaqla başqa müəllimlərlə əvəz olunacaqlar.

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.

"Öz iradəsindən asılı olmadan dərslərdə iştirak etməyən müəllimlər əvəz edilir. Onlar arasında səfərbərliyə cəlb olunma olarsa, həmin müəllimlər əvəz ediləcək. Hazırda 65 yaşından yuxarı olan müəllimlər var ki, onlar da dərslərdə iştirak edə bilmir. Onların maaşı saxlanılmaqla əvəz edilir", - deyə nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top