"Bu məktəblərin fəaliyyəti dayandırılacaq" – Təhsil naziri

“Cəbhəyanı zonalarda hərbi əməliyyatla bağlı məktəblərdə hər hansısa bir təhdid və ya risklər varsa bu zaman təhsil müəssisəsinin fəaliyyəti dayandırılacaq. Dayandırılarkən pandemiya şəraitində məktəbin fəaliyyətindən söhbət getməyəcək”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev brifinq zamanı deyib.

Onun sözlərinə görə, sözügedən vəziyyət məktəblərə təsir etmirsə pandemiya şəraitinə görə məktəb fəaliyyətinə davam edəcək: “Məktəbin fəaliyyəti dayandırılıb deyəndə, dərs cədvəlinin dəyişməsini nəzərdə tuturuq. Yəni 3-5 gündən sonra dərslər yenidən bərpa ediləcək. Biz inanırıq ki, bu tez bir zamanda olacaq və uzunmüddətli bağlanma prosesi deyil”.

DİGƏR XƏBƏRLƏR

Top