“Twitter” Macarıstan hökumətinin rəsmi hesabını blok etdi


“Twitter”in Macarıstan hökumətinə məxsus rəsmi hesabını blok etdiyi bildirilir.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, Macarıstanın Beynəlxalq Kommunikasiya və Əlaqələr üzrə naziri Zoltan Kovaks, Macarıstan hökumətinin rəsmi hesabının “Twitter”tərəfindən bloklandığını açıqlayıb. Nazir bu barədə öz “Facebook” hesabından məlumat verərək, hökumətin “Twitter”dəki "About Hungary" (Macarıstan haqqında) adlı rəsmi hesabının heç bir izahat verilmədən bloklandığını bildirib.
Kovaks, Avropa İttifaqının (Aİ) ilk dəfə bu gün qanunun aliliyi ilə bağlı hesabatını açıqlayacağı gün “Twitter”in Macarıstan hökumətinin hesabını bağlamasını çox maraqlı hal kimi qiymətləndirib.
Kovaks, mövzu ilə əlaqədar lazımi addımların atıldığını və “Twitter”dən rəsmi cavab və açıqlama gözlədiklərini də qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top