"Operativ Qərargah hər gün müəyyən edilmiş şəxslərin FİN nömrələrini Təhsil Nazirliyinə göndərir və bizim məlumat bazalarımızla eyniləşdirilir. Beləliklə də təhsil sistemində hansı məktəbin şagirdi və ya müəllimin virusa yoluxduğu aşkarlanır".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev deyib
Onun sözlərinə görə, aidiyyatı şəkildə təhsil müəssisələri bununla bağlı məlumatlandırılır və müvafiq epidemioloji tədbirlər görülür.