Mövlud Çavuşoğlu: “Azərbaycanla Ermənistan bərabər tutulmamalıdır”


Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycan səfirliyini ziyarət etdiyi vaxt mətbuat işçilərinə müsahibə verib.
Yeniavaz.com
xəbər verir ki, o, Türkiyənin Azərbaycana qarşı olan dəstəyini tək türk xalqının deyil, bütün dünyanın bildiyini ifadə edib:
“Azərbaycan səfirliyinə gəlişimizlə Türkiyənin və türk xalqının dəstəyini bir daha vurğulamaq istədik. Bu gün Ceyhun (Ceyhun Bayramov) qardaşımla yenə danışdıq. Davamlı əlaqə saxlayırıq. Prosesi birgə izləyirik. Bu gün Almaniya Xarici  İşlər naziri Hayko Maasla da Qarabağ məsələsini və Ermənistanın təcavüzkarlığı barədə danışdıq. Lazımi msajları da verdik. Məsələnin necə həll olunması ilə bağlı fikirlərimizi bildirdik. Bu məsələnin bir çıxış yolu var, o da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasıdır. Oradan çıxmasalar bu məsələ həll olunmaz. Azərbaycanın torpaq bütövlüyü və birliyi məsələsində BMT-nin, Avropa Şurasının, ATƏT-in münasibəti ortada olmasına rəğmən bu günə qədər ATƏT-in Minsk qrupu məsələnin həll olunması ilə bağlı konkret bir mövqe ortaya qoymayıb. Artıq bu məsələnin həllini istəyirik. Türkiyə olaraq məsələnin siyasi və sülh yoluyla həll olması üçün çox çalışdıq. Bunun da faydası olmadı. ATƏT başda olmaqla bu məsələ ilə maraqlanan hər kəsə bildirmək istəyirik ki, Azərbaycanla Ermənistanı bərabər tutmayın. Ermənistan işğalçıdır. Biz hər vaxt qardaş Azərbaycanın yanında olmuşuq, necə ki, Azərbaycan hər yerdə bizim yanımızda olub. Döyüş meydanında da, masada da yanındayıq. Artıq bu məsələ kökündən həll olsun. Həll olsun ki, Qafqaza sülh gəlsin. Azərbaycanın 1 milyondan çox qaçqın və köçkünü yurd-yuvalarına qayıtsın. Dünyanın hər yerində biz onların yanındayıq. “Bir millət iki dövlət” deyiminin haqqını verəcəyik. Onların böyük səfirlikləri olmayan yerlərdə onların səfirliyi kimi xidmətimizi yerinə yetirirk. Eynən Azərbaycanın bütün nümayəndəlikləri də bizi olduqları yerdə təmsil edir”.

DİGƏR XƏBƏRLƏR

Top